Reklam resmi
Reklam resmi

Türkiyədə daha bir ZƏLZƏLƏ

Türkiyədə daha bir ZƏLZƏLƏ
Dünya
363

Türkiyədə 4,3 maqnitudada zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Mövzular:
Türkiyə Zəlzələ AFAD Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi

Digər Xəbərlər