Reklam resmi
Reklam resmi

Almaniyanın avtomobil sənayesində 200 min nəfər işdən çıxarıla bilər

Almaniyanın avtomobil sənayesində 200 min nəfər işdən çıxarıla bilər
Dünya

Almaniyanın avtomobil sənayesində 200 min iş yeri ixtisara salına bilər.

Ajans.az bu barədə "Bild" qəzetinə istinadən məlumat verir.

Bildirilir ki, kütləvi işdən çıxarmalar "Mercedes-Benz" və "Volkswagen" konsernlərinin zəif rüblük göstəriciləri səbəbi ilə gözlənilir.

Əsas səbəblər kimi ABŞ hakimiyyəti tərəfindən tətbiq edilən idxal rüsumlarının mənfi təsiri, əsas satış bazarında (ABŞ, Avropa İttifaqı və Çin) avtomobillərə tələbatın əhəmiyyətli dərəcədə azalması və istehsal proseslərinin səmərəliliyinin artırılması xərcləri də göstərilib.

Mövzular:
Almaniya avtomobil

Digər Xəbərlər