Reklam resmi
Reklam resmi

Əraqçi: İran uranın zənginləşdirilməsini dayandıra bilməz

Əraqçi: İran uranın zənginləşdirilməsini dayandıra bilməz
Dünya

Tehranın nüvə və ya raket proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlar aparmaq istəyi yoxdur.

Tehranın nüvə və ya raket proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlar aparmaq istəyi yoxdur.

Ajans.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Jazeera” kanalına bildirib.

O, qeyd edib ki, İslam Respublikası uranı zənginləşdirməkdən imtina etməyəcəyək.

O, bildirib ki, İran “heç vaxt raket proqramını müzakirə etməyəcək.”

“Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik və müharibə ilə əldə edilə bilməyən şeyə siyasətlə nail olmaq olmaz. Vaşinqtonla birbaşa danışıqlar aparmaq istəyimiz yoxdur, amma vasitəli danışıqlar üçün razılığa gələ bilərik",- deyə XİN başçısı bildirib.

Əraqçi həmçinin əlavə edib ki, İran nüvə proqramıyla bağlı narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırdır və nüvə proqramının sülh xarakterli olduğuna əmindir: “Ədalətli razılığa gəlmək mümkündür, lakin Vaşinqton qəbuledilməz və qeyri-mümkün şərtlər təklif edib".

author picture
Aysel Naibova
Mövzular:
İran ABŞ nüvə proqramı

Digər Xəbərlər