Reklam resmi
Reklam resmi

Rusiyadan Yaponiyaya etiraz: Lazımi tədbirlər görüləcək

Rusiyadan Yaponiyaya etiraz: Lazımi tədbirlər görüləcək
Dünya

Rusiya Yaponiyanın keçirdiyi hərbi təlimlərldən dolayı Tokioya etirazını bildirib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Rusiya Yaponiyanın İvakuni bazasında orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş "Tayfun" raket sistemi batareyasının yerləşdirilməsi ilə bağlı narahatlığını bildirib.

Bildirilib ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Yaponiya oktyabrın 20-dən 31-dək öz sərhədi yaxınlığında yerləşən Hokkaydo adası da daxil olmaqla, bütün Yaponiyanı əhatə edən genişmiqyaslı "Joint Exercise 2025" adlı hərbi təlim keçirib.

Mövzular:
Rusiya Xarici İşlər Nazirliyi Yaponiya Tokio İvakuni bazası

Digər Xəbərlər