Reklam resmi
Reklam resmi

İstanbulda baş verən qətllə bağlı Azərbaycan vətəndaşı saxlanılıb

İstanbulda baş verən qətllə bağlı Azərbaycan vətəndaşı saxlanılıb
Kriminal

İstanbulda baş verən silahlı hücum nəticəsində vəfat edən türkiyəli vəkil Serdar Öktemin qətlinin təşkilində şübhəli bilinən şəxs Moskvada saxlanılıb.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki,saxlanılan şəxs “Əlican Çakır” ləqəbi ilə tanınan Əli Gülmalızadədir. O, Azərbaycan vətəndaşıdır.

Xəbərdə bildirilir ki, Gülmalızadə 23 oktyabrda Rusiya paytaxtında keçirilən xüsusi əməliyyat zamanı tutulub və onun Türkiyəyə ekstradisiyası artıq başlanıb.

Qeyd edək ki, 6 oktyabrda vəkil Serdar Öktem İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıb və aldığı yaralardan dünyasını dəyişib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İstanbul Türkiyə

Digər Xəbərlər