Bakı-Sumqayıt qatarı hərəkətdə olarkən daş atıldı, pəncərə sındı - FOTO
Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
Ajans.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.
Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.
Xatırladaq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada aşkar edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır.
“ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır”, - məlumatda qeyd olunur.


Mövzular: