Reklam resmi
Reklam resmi

BMT-dən ABŞ-nin mümkün nüvə sınaqlarına reaksiya

BMT-dən ABŞ-nin mümkün nüvə sınaqlarına reaksiya
Dünya

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçünün müavini Fərhan Haq ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Ajans.az xəbər verir ki, F.Haq bildirib: "Ölkələr fəlakətli nəticələrə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməlidirlər. BMT dünyada nüvə risklərinin artıq həyəcanverici dərəcədə yüksək səviyyədə olmasından narahatdır. Fəlakətli nəticələrlə eskalasiyaya səbəb ola biləcək hərəkətlərdən qaçmaq lazımdır".

Bir gün əvvəl Donald Tramp özünün TruthSocial adlı sosial media səhifəsində Müharibə Departamentinə nüvə silahı sınaqlarına başlamaq üçün göstəriş verdiyini açıqlamışdı. Amerika liderinin sözlərinə görə, ABŞ digər nüvə gücləri ilə bərabər hərəkət edəcək.

Mövzular:
Birləşmiş Millətlər Təşkilatı Fərhan Haq ABŞ Donald Tramp

Digər Xəbərlər