İran Ermənistana yeni səfir təyin edib
İran Gürcüstan və Ermənistana yeni səfirlər təyin edib.
Ajans.az xəbər verir ki, bununla bağlı "Azad İran" "Telegram" kanalı məlumat yayıb, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
O qeyd edib ki, Əli Mocani İranın Tbilisidəki, Xəlil Şirqulami isə İrəvandakı səfiri olacaq.
Məlumata görə, hazırda Əli Mocani - diplomat və İran Xarici İşlər Nazirliyinin (XİN) müşaviridir. Xəlil Şirqulami isə İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində tədqiqatlar üzrə direktor müavini vəzifəsini tutur.
Mövzular: