Reklam resmi
Reklam resmi

Tramp nüvə sınaqlarının dərhal başladığını elan etdi

Tramp nüvə sınaqlarının dərhal başladığını elan etdi
Dünya

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə nüvə silahlarının dərhal sınaqlarına başlamağı tapşırdığını açıqlayıb.

Ajans.az xəbər verir ki,prezident bu barədə özünün Truth Social platformasında paylaşım edib.

Trampın sözlərinə görə, ABŞ hazırda “dünyanın ən böyük nüvə silahı arsenalına” malikdir:

“Rusiya ikinci, Çin isə xeyli geridə qalaraq üçüncü yerdədir, lakin beş il ərzində bərabərləşəcək. Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, Müdafiə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq,” — deyə Ağ Ev rəhbəri bildirib.

Tramp həmçinin ABŞ-ın Rusiya ilə nüvə tərksilahı mövzusunda danışıqlar apardığını qeyd edib.

Ekspertlərin fikrincə, bu qərar ABŞ-ın 1992-ci ildən bəri dayandırdığı nüvə sınaqlarını bərpa etməsi anlamına gələ bilər və beynəlxalq təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər