Kseniya Sobçak Paşinyandan zarafat etdi
Rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçak Ermənistanın baş naziri Nikol Paşinyanın paylaşımına zarafatla münasibət bildirib.
Ajans.az xəbər verir ki,Sobçak Telegram kanalında siyasətçiyə məşhur rus müğənnisi Mixail Kruqun mahnısına video çəkməyi təklif edib. “O, nəhayət Mixail Kruqu ifa edəcəkmi, yoxsa hələ gözləməliyik? Başa düşmürəm”, – deyə jurnalist zarafatla yazıb.
Oktyabrın 28-i səhər Paşinyan Telegram kanalında Destiny’s Child qrupunun “Survivor” mahnısının müşayiəti ilə video paylaşıb. Kadrlarda baş nazir kameraya baxır, daha sonra papaq taxaraq əllərini ürək formasında birləşdirir.
Videonun altına siyasətçi belə qeyd yazıb: “Sabahınız xeyir, gününüz xoş keçsin və hamınıza sevgilər.”
Mövzular: