Reklam resmi
Reklam resmi

Kişi arvadını qətlə yetirib və cəsədi gizlətməyə çalışıb

Kişi arvadını qətlə yetirib və cəsədi gizlətməyə çalışıb
Dünya

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Berezovski şəhərində sərxoş vəziyyətdə olan kişi arvadını bıçaqlayaraq öldürüb.

Ajans.az Rusiya KİV-lərə istinadən xəbər verir ki,hadisə ailə münaqişəsi zəminində baş verib.

İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, ailəvi mübahisə zamanı qadın ərini şam yeməyi bişirmədiyinə görə danlayıb. Qəzəblənən kişi arvadına bir neçə bıçaq zərbəsi endirib. Qadın hadisə yerində ölüb.

Bəyanatda qeyd olunur ki, cinayətdən sonra kişi cəsədi və cinayət izlərini gizlətməyə çalışıb. Lakin bir neçə gün sonra etdiyi əmələ görə peşman olaraq polisə könüllü şəkildə təslim olub.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçiləcək.

E1.ru portalının məlumatına görə, şübhəlinin Rafis Xuzin adlı şəxs olduğu bildirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Sverdlovsk vilayəti

Digər Xəbərlər