Reklam resmi
Reklam resmi

Bu, iqtisadiyyatı tənəzzülə sürükləyə bilər - Zaxarova

Bu, iqtisadiyyatı tənəzzülə sürükləyə bilər - Zaxarova
Dünya

ABŞ-nin yeni tarif siyasəti və bunun nəticəsində baş verən ticarət müharibələri qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə bilər.

Ajans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində deyib.

"Ticarət müharibələri həmişə mövcud olub, lakin müxtəlif formalarda. Hazırkı vəziyyətdə ABŞ-ın tarif siyasətinin çoxtərəfli ticarət sisteminə təsirinin miqyası da əsasən ABŞ-ın ticarət tərəfdaşları tərəfindən həyata keçirilən tədbirlərin xarakterindən və miqyasından, o cümlədən Vaşinqtonla ikitərəfli sövdələşmələrdən asılı olacaq", - diplomat qeyd edib.

O, bütün bunların son nəticədə qlobal tənəzzülə gətirib çıxara biləcəyini bildirib.

Mövzular:
ABŞ Tarif siyasəti Rusiya Mariya Zaxarova

Digər Xəbərlər