Almaniyada quş qripi sürətlə yayılır: 500 mindən çox quş məhv edildi
Almaniyada genişlənən H5N1 quş qripi epidemiyası səbəbindən məhv edilən ev quşlarının sayı 500.000-i keçib.Xəstəlik ilk dəfə Brandenburq əyalətində aşkarlanıb və qısa müddətdə ölkə miqyasında yayılıb.
Ajans.az Fridrix Löffler İnstitutuna istinadən xəbər verir ki, Almaniyada 30-dan çox fermada toyuq, ördək, qaz və hinduşkalar zərərsizləşdirilib.
Yoluxma hallarının artdığı əyalətlər arasında Meklenburq-Örnopomern, Brandenburq, Aşağı Saksoniya, Bavariya, Türingiya, Şimali Reyn-Vestfaliya və Baden-Vürtemberq yer alır.
Təkcə Aşağı Saksoniyada səkkiz, Meklenburq-Örnopommerndə altı, Brandenburqda beş fermada virus aşkarlanıb. Ölkə üzrə vəhşi quşlar arasında aparılan araşdırmalarda da 73 yoluxma halı qeydə alınıb.
İnstitut yaxın günlərdə yeni yoluxma hallarının artacağını istisna etmir və fermerlərə biotəhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
Mövzular: