Reklam resmi
Reklam resmi

Yunanıstan sahillərində faciə: dörd miqrant həlak olub

Yunanıstan sahillərində faciə: dörd miqrant həlak olub
Dünya

Yunanıstanın Lesbos adası yaxınlığında miqrantları daşıyan qayığın aşması nəticəsində dörd nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə Yunanıstan Sahil Mühafizəsi bazar ertəsi məlumat yayıb.

Qurumun sözçüsünün açıqlamasına görə, hadisə zamanı yeddi nəfər xilas edilib. “Dörd cəsəd tapılıb, xilasetmə əməliyyatı isə hələ də davam edir. Qayıqda daha çox insanın olub-olmadığı hələlik məlum deyil”, – deyə sahil mühafizəsinin nümayəndəsi bildirib.

Qeyd edək ki, bu, oktyabr ayı ərzində Lesbos yaxınlığında miqrantlarla bağlı baş verən ikinci ölümcül hadisədir. Yunanıstan və Türkiyə arasında yerləşən Egey dənizi bölgəsi, Avropaya keçməyə çalışan miqrantlar üçün ən riskli marşrutlardan biri hesab olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yunanıstan miqrant

Digər Xəbərlər