Reklam resmi
Reklam resmi

Qəzzada atəşkəsə cavabdeh şəxs bəlli oldu

Qəzzada atəşkəsə cavabdeh şəxs bəlli oldu
Dünya

ABŞ Dövlət Departamenti təcrübəli diplomat Stiven Feyqinin Qəzza zolağında atəşkəsi izləyən və qoruyan Mülki-Hərbi Koordinasiya Mərkəzinin rəhbəri olacağını elan edib.

Ajans.az xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Feyqin hazırda ABŞ-nin Yəməndəki səfiri vəzifəsində çalışır. O, bundan əvvəl İraqdakı səfirlikdə, Ərbildəki ABŞ Baş Konsulluğunda, ABŞ Dövlət Departamentinin İran İşləri Ofisində, habelə qurumun Cənubi və Mərkəzi Asiya Bürosunda rəhbər vəzifələrdə işləyib.

Mövzular:
ABŞ Dövlət Departamenti Stiven Feyqi Qəzza zolağı Mülki-Hərbi Koordinasiya Mərkəzi

Digər Xəbərlər