Türkiyə sahillərində faciə: 14 miqrant həlak olub
Türkiyənin Muğla əyalətinin Bodrum sahillərində miqrantları daşıyan şişmə qayıq batıb.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, gəmidə 18 nəfər olub. Qəzada onlardan 14-ü ölüb. İki nəfər xilas edilib, itkin düşmüş daha iki nəfərin tapılması üçün isə axtarış-xilasetmə işləri davam edir.
Hadisə yerinə üç sahil mühafizəsi qayığı, bir helikopter və ixtisaslaşmış dalğıc qrupu göndərilib.

Mövzular: