Reklam resmi
Reklam resmi

Zelenski: Ukrayna Rusiya ilə atəşkəs danışıqlarına hazırdır

Zelenski: Ukrayna Rusiya ilə atəşkəs danışıqlarına hazırdır
Dünya

Ukrayna Rusiya ilə bütün mümkün atəşkəs danışıqlarına hazır olduğunu bəyan edib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə, Avropa Şurasının iclası ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki, Zelenski Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşdən əvvəl çıxış edərək, Avropa İttifaqının bu gün qəbul etdiyi 19-cu anti-Rusiya sanksiyalar paketini də alqışlayıb.

“Ukrayna sülhə doğru hər hansı real addımı dəstəkləməyə hazırdır. Biz atəşkəs danışıqlarına açığıq, lakin bu, ədalətli və beynəlxalq hüquqa əsaslanan sülh olmalıdır”, – Zelenski vurğulayıb.

Öz növbəsində Antonio Kosta bəyan edib ki, bugünkü görüşün əsas mövzularından biri yaxın iki il ərzində Ukraynaya göstəriləcək maliyyə yardımı olacaq:

“Rusiya bizim yorulduğumuzu düşünürsə, yanılır. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bu gün 2026–2027-ci illər üçün maliyyə yardımını müzakirə edəcəyik,” – deyə o bildirib.

Kosta əlavə edib ki, Avropa İttifaqı Ukraynanın iqtisadi sabitliyini və müdafiə qabiliyyətini qorumaq üçün uzunmüddətli dəstək planı üzərində işləyir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Vladimir Zelenski Rusiya Vladimir Putin

Digər Xəbərlər