Reklam resmi
Reklam resmi

Hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti uzadıldı- Ukrayna

Hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti uzadıldı- Ukrayna
Dünya

Ukrayna Ali Radası hərbi vəziyyətin uzadılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Ajans.az xəbər verir ki, bu barədə "Unian" nəşri məlumat verib.

Məlumata görə, "Ukrayna prezidentinin "Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında" fərmanının təsdiq edilməsi haqqında" qanunun lehinə 317 deputat səs verib.

Qanuna əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 5 noyabr 2025-ci il səhər saat 5:30-dan etibarən 90 gün müddətinə, yəni 2026-cı il fevralın 3-dək uzadılır.

Rada həmçinin ümumi səfərbərlik müddətini də 2026-cı ilin fevralına qədər uzadıb.

"Ukrayna Prezidentinin "Ümumi səfərbərlik müddətinin uzadılması haqqında" Fərmanının təsdiq edilməsi haqqında" qanunun lehinə 315 deputat lehinə səs verib.

Mövzular:
ukrayna səfərbəylik hərbi vəziyyət

Digər Xəbərlər