Reklam resmi
Reklam resmi

İrandan MAQATE-yə "yaşıl işıq"

İrandan MAQATE-yə \"yaşıl işıq\"
Dünya

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) yeni təklif irəli sürərsə, Tehran onunla əməkdaşlığı nəzərdən keçirməyə hazırdır.

Ajans.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

O xatırladıb ki, “snapback” mexanizmi işə salındıqdan sonra İran Qahirə sazişini etibarsız hesab edib.

Laricaninin sözlərinə görə, MAQATE-nin yeni əməkdaşlıq təşəbbüsü Ali Milli Təhlükəsizlik Şurasında dəyərləndiriləcək.

Qeyd edək ki, sentyabrın 9-da İran və MAQATE Misirdə dayandırılmış əməkdaşlığın bərpasına dair saziş imzalayıb, lakin sonradan Qərb ölkələrinin addımları fonunda münasibətlər yenidən gərginləşib.

Mövzular:
Beynəlxalq Tehran İran

Digər Xəbərlər