Reklam resmi
Reklam resmi

Qəzzada atəşkəsin taleyi ilə bağlı Qahirədə keçiriləcək

Qəzzada atəşkəsin taleyi ilə bağlı Qahirədə keçiriləcək
Dünya

HƏMAS nümayəndə heyəti bu gün Misirin paytaxtı Qahirədə Qətər və Misir rəsmiləri ilə görüşəcək. Tərəflər Qəzza zolağında atəşkəsin davam etdirilməsi və son eskalasiyanın nəticələrini müzakirə edəcəklər.

Ajans.az xəbər verir ki,bu barədə AFP agentliyi mənbəyə istinadən məlumat yayıb.

HƏMAS sözçüsü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gündəliyində, oktyabrın 19-da İsrailin Qəzzada həyata keçirdiyi və onlarla insanın həyatına son qoyan hava hücumları da yer alacaq.

HƏMAS tərəfi bəyan edib ki, İsrail oktyabrın 10-dan qüvvədə olan atəşkəs razılaşmasını pozub. Görüşlərin atəşkəsin gələcəyi baxımından həlledici ola biləcəyi vurğulanır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Qəzza

Digər Xəbərlər