Reklam resmi
Reklam resmi

Peskov: Rusiya ABŞ-ın bəyanatlarına əsaslanır

Peskov: Rusiya ABŞ-ın bəyanatlarına əsaslanır
Dünya

Rusiya ABŞ-dan Ukraynaya “Tomaqavk” raketlərinin verilməməsi ilə bağlı rəsmi bildiriş almasa da, bu məsələ üzrə verilən ictimai bəyanatları izləyir və onları əsas götürür.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.

“Bu məsələ ilə bağlı heç bir rəsmi bildiriş ola bilməz. Biz bu istiqamətdə verilən bəyanatları dinləyirik və onlar bizim üçün bələdçi rolunu oynayır. Bundan əlavə, işçi və ekspert səviyyəsində də əlaqələrimiz mövcuddur və burada mövqe mübadiləsi mümkündür”, – deyə Peskov qeyd edib.

Xatırladaq ki, oktyabrın 17-də Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ABŞ prezidenti Donald Tramp, Vaşinqtonun özünün də “Tomaqavk” raketləri və digər silah sistemlərinə ehtiyac duyduğunu bəyan etmişdi.

“Axios” portalının mənbələrə istinadən verdiyi məlumata görə, Tramp görüş zamanı Zelenskiyə ABŞ-ın hazırda Ukraynaya “Tomaqavk” raketləri vermək niyyətində olmadığını aydın şəkildə bildirib. Bildirilib ki, prezidentin əsas prioriteti diplomatik yanaşmadır və raketlərin tədarükü bu prosesi poza bilər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Rusiya Ukrayna

Digər Xəbərlər