Tramp süni intellektlə hazırlanmış qalmaqallı video paylaşdı
ABŞ-ın prezidenti Donald Tramp ona qarşı keçirilən kütləvi etirazlardan bir gün sonra “Truth Social” platformasında süni intellektlə yaradılmış qalmaqallı video yayımlayıb.
Ajans.az xəbər verir ki,paylaşılan videoda Tramp özünü kral kimi təqdim edir — başında tac olan Tramp təyyarədən qalxaraq izdihamın üzərinə şübhəli qəhvəyi maddə atır. Təyyarənin üzərində iri hərflərlə “Kral Tramp” (King Trump) yazısı əks olunub.
Sözügedən video etirazçılar və ictimaiyyət arasında geniş rezonansa səbəb olub. Kritika edənlər bunu etikasız və təhqiredici hesab edir, Tramp tərəfdarları isə paylaşımı satirik və “özünəməxsus cavab” kimi qiymətləndirirlər.
Qeyd edək ki, bu paylaşım ABŞ-ın müxtəlif ştatlarında keçirilmiş və milyonlarla insanın qatıldığı “Krallar yoxdur” adlı etiraz aksiyalarından sonra yayımlanıb. Aksiya iştirakçıları Trampın ritorikasını və siyasi ambisiyalarını tənqid edib, ABŞ-da avtoritar liderliyə qarşı narazılıqlarını ifadə ediblər. Etirazlarda ümumilikdə 7 milyondan çox insan iştirak edib.
Sosial media istifadəçiləri arasında videonun həm məzmunu, həm də onun süni intellektlə yaradılması ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür manipulyativ vizual materiallar gələcək seçki dövründə dezinformasiya təhlükəsini daha da artırır.
President Trump makes a quick appearance at the No Kings Protest ???????? pic.twitter.com/DBVIwbJL1E
— ????erias (@xerias_x) October 18, 2025