Reklam resmi
Reklam resmi

ABŞ vitse-prezidentinin korteji mərmi qəlpələri ilə vuruldu

ABŞ vitse-prezidentinin korteji mərmi qəlpələri ilə vuruldu
Dünya

ABŞ vitse-prezidentinin korteji Dəniz Piyadaları Korpusunun canlı atəş təlimləri zamanı baş verən insident nəticəsində mərmi qəlpələrinin təsirinə məruz qalıb. Nəticədə kortejin bir neçə üzvü yüngül xəsarət alıb.

Ajans.az The Daily Beast-ə istinadən xəbər verir ki,hadisə Kaliforniyanın Camp Pendleton şəhərində, Dəniz Piyadaları Korpusunun 250-ci ildönümünə həsr olunmuş tədbirdə baş verib. Tədbir çərçivəsində keçirilən canlı atəş nümayişi zamanı M777 haubitsasından atılan 155 millimetrlik mərmi vaxtından əvvəl partlayıb.

Partlayış zamanı qəlpələr Los-Anceles və San Dieqonu birləşdirən əsas avtomobil yolu — Interstate 5 üzərində hərəkətdə olan vitse-prezident kortejinin motosikletinə və Kaliforniya Yol Patrul xidmətinə məxsus avtomobilə ziyan vurub. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, iştirakçılar arasında narahatlıq yaradıb.

Hadisədən əvvəl magistral yolun bir hissəsi təhlükəsizlik məqsədilə müvəqqəti bağlanıb. Bu da sürücülər arasında çaşqınlığa səbəb olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Cey Di Vens Donald Tramp

Digər Xəbərlər