Reklam resmi
Reklam resmi

Biləsuvar şəhərinin bir hissəsi elektriksiz qalıb

Biləsuvar şəhərinin bir hissəsi elektriksiz qalıb
Cəmiyyət

Biləsuvar şəhərinin böyük bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Ajans.az xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, təxminən bir saata yaxındır, şəhərin böyük bir hissəsi işıqsız qalıb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində fasilə yaranmasına baş vermiş qəza səbəb olub.

"Hazırda qeyd edilən ərazidə briqada işləyir", - deyə, qurumdan bildirilib.

Mövzular:
Biləsuvar elektrik enerji

Digər Xəbərlər