Reklam resmi
Reklam resmi

HƏMAS silahı yerə qoymaqdan imtina etdi

HƏMAS silahı yerə qoymaqdan imtina etdi
Dünya

"Fələstinin HƏMAS silahlı qruplaşması Qəzza zolağında təhlükəsizliyə nəzarəti əlində saxlamaq niyyətindədir və tərksilah öhdəliyi götürə bilməz".

Ajans.az xəbər verir ki, bunu HƏMAS-ın yüksəkrütbəli rəsmisi Məhəmməd Nazzal "Reuters" agentliyinə bildirib.

Onun sözlərinə görə, HƏMAS dağılmış Qəzza zolağının bərpası üçün beş ilə qədər atəşkəsə hazırdır.

Bununla belə, o qeyd edib ki, gələcək fəaliyyət üçün təminatlar fələstinlilərə dövlətçilik üçün "üfüqlər və ümidlər" verilib-verilməməsindən asılıdır.

Qeyd edilir ki, HƏMAS-ın mövqeyi ilə ABŞ Prezidenti Donald Trampın danışıqlar ərəfəsində planı arasında əhəmiyyətli uyğunsuzluqlar var.

Qeyd edək ki, oktyabrın 13-də Tramp Qəzza münaqişəsinin bitdiyini elan edib. Amerika lideri bunu böyük və mürəkkəb diplomatik səylərin kulminasiya nöqtəsi və Yaxın Şərqdə sülhün təcəssümü kimi qələmə verib.

Mövzular:
İsrail Qəzza

Digər Xəbərlər