Con Boltona qarşı ittiham irəli sürülüb
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı rəsmi ittiham irəli sürülüb.
Ajans.az xəbər verir ki,bu barədə BBC məlumat yayıb.
26 səhifəlik ittiham aktına əsasən, Boltona qarşı səkkiz maddə üzrə milli müdafiə ilə bağlı məxfi məlumatları ötürmək və 10 maddə üzrə bu məlumatlara qeyri-qanuni şəkildə sahib olmaq ittihamları irəli sürülüb.
Prokurorların iddiasına görə, Con Bolton şəxsi e-poçt hesabından istifadə etməklə çox məxfi milli təhlükəsizlik məlumatlarını qanunsuz şəkildə paylaşmaqda ittiham olunur.
Bolton isə ittihamları qətiyyətlə rədd edir və baş verənləri Donald Trampın siyasi rəqiblərinə qarşı təzyiq kampaniyasının bir hissəsi kimi qiymətləndirir:
“Bu ittihamlar Trampın rəqiblərini qorxutmaq üçün apardığı intensiv səylərin göstəricisidir. Mən öz qanuni fəaliyyətimi müdafiə etməyə və onun vəzifə səlahiyyətlərindən sui-istifadəsini ifşa etməyə hazıram”, – deyə Bolton açıqlamasında bildirib.
Hazırda istintaq davam edir. Əlavə detallarla bağlı rəsmi qurumlar yaxın günlərdə daha ətraflı məlumat verəcəklər.