Fransa Lekornu hökumətinə etimadsızlıq təklifini rədd edib
Fransa parlamentinin aşağı palatası – Milli Assambleya, ifrat solçu "France Insoumise" partiyasının təşəbbüsü ilə baş nazir Sebastien Lekornu hökumətinə qarşı irəli sürülmüş etimadsızlıq təklifini rədd edib.
Ajans.az xəbər verir ki,bu barədə BFMTV məlumat yayıb.
Milli Assambleyanın spikeri Yael Braun-Pivet səsvermədən sonra bildirib:
“Etimadsızlıq təklifinin lehinə 271 deputat səs verib. Lakin bu, tələb olunan 289 səsdən az olduğu üçün təklif qəbul edilmədi”.
Mövzular: