Reklam resmi
Reklam resmi

Fatih Ürek həkimindən narahatedici açıqlama

Fatih Ürek həkimindən narahatedici açıqlama
Dünya

Məşhur türkiyəli aparıcı və müğənni Fatih Ürek evində qəfil infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki,onun ürəyi 20 dəqiqə ərzində dayanıb və hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Hadisə dünən səhər saatlarında baş verib. Təcili tibbi yardım briqadası 20 dəqiqə ərzində ürək masajı apararaq müğənnini həyata qaytarmağa müvəffəq olub.

Fatih Ürekin səhhəti ilə bağlı son durumu həkimi Prof. Dr. Mehmet Refik Yazıcıoğlu açıqlayıb.

Həkim bildirib ki, Fatih Ürekin hazırkı ürək fəaliyyəti normaldır, lakin beyin funksiyaları ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır:

“Hazırda ürəyində ciddi problem yoxdur. Təzyiqi və nəbzi normaldır. Lakin infarkt zamanı beynin nə qədər müddət oksigensiz qalması ilə bağlı narahatlıqlarımız var. Hazırda onu sakitləşdirici vasitələrlə müalicə edirik. Yəqin ki, sabaha qədər bu vəziyyətdə saxlanılacaq. Bu mərhələ daha çox beyinlə əlaqəlidir və tam qeyri-müəyyənlik var”, – deyə Yazıcıoğlu qeyd edib.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Fatih Ürek Türkiyə

Digər Xəbərlər