Reklam resmi
Reklam resmi

ABŞ ağdərili Avropa və Cənubi Afrika qaçqınlarına üstünlük verməyi planlaşdırır

ABŞ ağdərili Avropa və Cənubi Afrika qaçqınlarına üstünlük verməyi planlaşdırır
Dünya

ABŞ prezidenti Donald Tramp administrasiyası ölkənin immiqrasiya siyasətində radikal dəyişiklik etməyə hazırlaşır.

Ajans.az The New York Times-a istinadən xəbər verir k, Ağ Ev hazırkı qaçqın qəbul sistemini dəyişdirərək əsas diqqəti Avropa və Cənubi Afrikadan olan ağdərili və ingilisdilli qaçqınlara yönəltmək niyyətindədir.

Qəzetin əldə etdiyi sənədlərə əsasən, hazırda “dünyanın ən həssas əhali qruplarına yardım göstərmək məqsədi daşıyan” qaçqın proqramı tamamilə yenidən qurularaq, “təqiblərə məruz qaldığını iddia edən ağdərili şəxslərə” üstünlük verəcək şəkildə dəyişdirilə bilər.

Bu dəyişikliklərin əsas hədəfi Cənubi Afrika və Avropanın bəzi ölkələrindən olan, xüsusilə də sağçı və populist siyasi mövqelərə görə təqib edildiyini iddia edən şəxslərdir. NYT bildirir ki, bu kateqoriyaya məsələn, Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvləri də daxil edilə bilər. Onların bəziləri onlayn platformalarda fikirlərini ifadə etdiklərinə görə təqib olunduqlarını iddia edərək, ABŞ-dan qaçqın statusu almağa cəhd edə bilərlər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər