Reklam resmi
Reklam resmi

Britni Spirs oğullarının otağında bıçaqla yaxalanıb

Britni Spirs oğullarının otağında bıçaqla yaxalanıb
Dünya

Pop ulduzu Britni Spirsin şəxsi həyatı ilə bağlı yeni və qalmaqallı təfərrüatlar ortaya çıxıb.

Ajans.az xəbər verir ki,müğənninin keçmiş həyat yoldaşı Kevin Federlayn "The Times" nəşrində yayımlanan xatirələrində Britni Spirsin oğullarının yataq otağında əlində bıçaqla göründüyünü iddia edib.

Federlayn yazır ki, Spirs gecə saatlarında uşaqların otağının qapısında səssizcə dayanır, onların yuxusuna baxır və əlində bıçaq tuturdu.

"Onlar gecə yuxudan oyanıb onu qapının ağzında, səssizcə dayanıb yuxularına baxaraq, əlində bıçaqla görəcəkdilər. Sonra isə heç bir izahat vermədən dönüb gedirdi", – deyə Federlayn kitabında qeyd edir.

Məlumata görə, Britni Spirsin övladları – 19 yaşlı Şon Preston və 18 yaşlı Ceyden – uşaqlıq illərindən bəri ataları ilə birgə yaşayırlar. Onlar yeniyetmə dövründə anaları ilə münasibətlərinin gərgin olduğunu, onunla görüşmək istəmədiklərini və ondan qorxduqlarını bildiriblər.

Bu iddialar Britni Spirsin ailə münasibətləri və psixoloji vəziyyəti ilə bağlı müzakirələri bir daha gündəmə gətirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Britni Spirs ABŞ

Digər Xəbərlər