Reklam resmi
Reklam resmi

“6 aya istehsal dayanacaq” – “Kiğılı”-nın sədri xəbərdarlıq etdi

“6 aya istehsal dayanacaq” – “Kiğılı”-nın sədri xəbərdarlıq etdi
Dünya

“Kiğılı” brendinin İdarə Heyətinin sədri Abdullah Kiğılı Türkiyədə hazır geyim və toxuculuq sektorunun böhranla üz-üzə olduğunu bildirib. O, 6 ay ərzində istehsalın tamamilə dayana biləcəyi barədə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki,bu açıqlama “Pərakəndə 30 İl” tədbiri çərçivəsində baş tutan panel müzakirəsində səsləndirilib. Paneldə həmçinin LC Waikiki İdarə Heyətinin sədri Vahap Küçük və Artaş Holdinq rəhbəri Süleyman Çetinsaya da iştirak ediblər.

Abdullah Kiğılı bildirib:

“Dövlət hazır geyim və toxuculuqdan imtina edib. Anadolu bölgəsində fabriklər bağlanır, istehsal Misirə köçürülür. Altı ay ərzində istehsal tamamilə dayanacaq. Bu, bizi gözləyən ən böyük fəlakətdir. Əgər istehsal dayanarsa, malları necə əvəz edəcəyik?”

O, əlavə edib ki, pərakəndə sektoru yalnız alış-veriş mərkəzlərinin dəstəyi ilə inkişaf edə bilər və bu sahədə həmrəyliyin vacibliyini vurğulayıb.

Vahap Küçük isə çıxışında inflyasiya və faizlərlə mübarizənin çətinliyinə toxunaraq qeyd edib:

“Biz inflyasiyanı və faizləri nəzarət altına ala bilmərik, amma xərcləri düzgün idarə etməli və təsir dairəmizdə olan sahələrə fokuslanmalıyıq.”

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Kiğılı” brendi Abdullah Kiğılı

Digər Xəbərlər