Taylandda turist oğurlanaraq orqanları satılıb
Taylandda səyahət edən belaruslu qadın turist oğurlanıb, Myanmaya aparılıb, orqanlarına görə satılıb və daha sonra kremasiya olunub.
Ajans.az xəbər verir ki,bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, qadın iş axtarışı məqsədilə Taylanda səfər edib, lakin oktyabrın 4-dən etibarən onunla əlaqə itib. Bildirilir ki, o, Banqkokda naməlum şəxslər tərəfindən qaçırılıb və qanunsuz şəkildə Myanmaya keçirilib.
Fırıldaqçılar qadının ailəsi ilə əlaqə saxlayaraq onun azad olunması üçün 500 min dollar (təxminən 39,5 milyon rubl) məbləğində fidyə tələb ediblər. Bir neçə gün sonra isə ailəyə qadının orqanlarının satıldığı və meyitinin yandırıldığı barədə məlumat verilib.
Hazırda mərhumun ailəsi onun külünün vətənə qaytarılması üçün danışıqlar aparır.
Tayland və Myanmar rəsmilərindən hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Mövzular: