İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində həlak olub
İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində parlament seçkilərində iştirak edən namizəd Sefa Məşhədani həlak olub.
Ajans.az xəbər verir ki,bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, Siyadə Koalisiyasının seçki siyahısında yer alan namizədin avtomobilinə naməlum şəxslər tərəfindən partlayıcı qurğu yerləşdirilib. Qurğunun işə düşməsi nəticəsində baş verən partlayış Məşhədaninin həyatına son qoyub.
Hadisə Bağdadın mərkəzində qeydə alınıb. Partlayışın təfərrüatları və arxasında kimin dayandığı hələlik məlum deyil. İraq təhlükəsizlik qüvvələri baş verənlə bağlı hələ rəsmi açıqlama verməyib.
Qeyd edək ki, İraqda parlament seçkiləri öncəsi təhlükəsizlik vəziyyəti həssas olaraq qalır. Seçki kampaniyası dövründə namizədlərə qarşı hücum halları zaman-zaman baş verir.
Mövzular: