Reklam resmi
Reklam resmi

Gürcüstandakı azərbaycandilli məktəblərə yeni dərsliklər verilib

Gürcüstandakı azərbaycandilli məktəblərə yeni dərsliklər verilib
Cəmiyyət

Gürcüstandakı azərbaycandilli məktəblərə yeni dərsliklər verilib.

Ajan.az xəbər verir ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində Gürcüstandakı azərbaycandilli məktəblər üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən göndərilmiş 18 adda 21 min 179 nüsxə "Ana dili" və "Ədəbiyyat" dərslikləri təqdim edilib.

Yeni dərsliklər Gürcüstandakı azərbaycandilli ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir tədris resursları ilə təminatın gücləndirilməsi məqsədilə hazırlanıb.

Təqdimat Azərbaycanın Gürcüstandakı səfirliyinin və hər iki ölkənin müvafiq nazirliklərinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Bu addım Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, eləcə də Gürcüstandakı azərbaycanlı icmasının ana dilində təhsilə çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Mövzular:
Təhsil Elm Azərbaycandilli məktəblər

Digər Xəbərlər