Gürcüstanın baş naziri ATƏT sədri ilə görüşməkdən imtina etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.
Ajans.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin bəyanatında məlumat verilib.
"Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.
Mövzular: