Reklam resmi
Reklam resmi

Urmiya gölünün duz fırtınası Ərdəbilə də çatdı

Urmiya gölünün duz fırtınası Ərdəbilə də çatdı
Dünya

Ərdəbildə olan hava çirkliliyi, toz daxili mənşəlidir və əsasən Urmiya gölünün cənubundan başlayan fırtınanın nəticəsidir.

Ajans.az xəbər verir ki, bunu Ərdəbil əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin Baş direktoru Kiyumərs Sefidi deyib.

O, İran Ətraf Mühitin Mühafizəsi İdarəsinin də bunu təsdiq etdiyini bildirib.

Qeyd edək ki, Urmiya gölünün qurumuş yatağından başlayan duz fırtınaları ətraf əyalətlərə yayılmaqdadır. Bir gün əvvəl isə duz fırtınasının Qoşaçay (Miyandab) rayonunu bürüdüyü barədə məlumatlar yayılmışdı.

Mövzular:
Ərdəbil Urmiya gölü Duz fırtınası

Digər Xəbərlər