Reklam resmi
Reklam resmi

İki Fransa vətəndaşı casusluqda İTTİHAM EDİLDİ

İki Fransa vətəndaşı casusluqda İTTİHAM EDİLDİ
Dünya

İranın aşağı məhkəməsi Fransa vətəndaşları Sécile Kohler və Jacques Parisə casusluq ittihamı ilə ağır həbs cəzası verib.

Ajans.az İran mediasına istinadən xəbər verir ki, onlar Fransa və İsrailin xeyrinə casusluqda təqsirli biliniblər.

Cütlük 2022-ci ildən etibarən İranda həbsdə saxlanılır. Rəsmi Tehran onların İsrailin "Mossad" kəşfiyyat xidməti üçün casusluq etdiklərini iddia edir.

Fransa Prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-Noel Barrot dəfələrlə Kohler və Parisin azadlığa buraxılması üçün çağırış ediblər. Rəsmi Paris İranı bu şəxsləri özbaşına həbsdə saxlamaqda, Tehranın Evin həbsxanasında işgəncəyə bənzər şəraitdə saxlanılmaqda və konsulluq yardımına mane olmaqda ittiham edir.

Fransa rəsmiləri Tehran tərəfindən irəli sürülən ittihamları “əsassız və siyasi motivli” adlandıraraq rədd ediblər.

Hazırda məsələ iki ölkə arasında diplomatik gərginliyə səbəb olub və beynəlxalq insan haqları təşkilatları da prosesi yaxından izləyir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa İran

Digər Xəbərlər