Reklam resmi
Reklam resmi

ABŞ-da prezidentliyə keçmiş namizədin gəlini ölü tapılıb

ABŞ-da prezidentliyə keçmiş namizədin gəlini ölü tapılıb
Dünya

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Mitt Romninin gəlini Kerri Elizabeth Romni Los-Ancelesdə ticarət mərkəzinin dayanacağında ölü tapılıb.

Ajans.az xəbər verir ki,hadisə oktyabrın 10-da baş versə də, bu barədə məlumatlar mediada yalnız oktyabrın 14-nə keçən gecə yayılıb.

Məlumata görə, 64 yaşlı Kerri Romni, keçmiş qubernator Skott Romninin böyük qardaşının həyat yoldaşı olub. Onun cəsədi Los-Ancelesdə yerləşən ticarət mərkəzinin avtodayanacağında aşkarlanıb. Hadisə ilə bağlı ilkin məlumatda ölüm səbəbi “təxirə salınmış” kimi qeyd olunub ki, bu da əlavə tibbi və hüquqi araşdırmaların aparılmasını tələb edir.

Los Angeles County Şerif Ofisinin sözçüsü PEOPLE nəşrinə bildirib ki, Kerri Romninin qarajdan yıxıldığı və ya tullandığı ehtimal edilir, lakin dəqiq ölüm səbəbi hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı istintaq davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Mitt Romnin

Digər Xəbərlər