Reklam resmi
Reklam resmi

Günəşdə yeni partlayış qeydə alınıb

Günəşdə yeni partlayış qeydə alınıb
Dünya

Günəşdə M sinifinə aid, doqquz dəqiqə davam edən günəş alışması baş verib.

Ajans.az xəbər verir ki,bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IAG) məlumat verilib.

Alışma Moskva vaxtı ilə saat 03:41-də qeydə alınıb və M2.0 intensivliyi ilə müşahidə olunub. Alimlərin sözlərinə görə, alışma 4246 saylı günəş ləkələri qrupunda rentgen müşahidələri zamanı aşkar edilib. Partlayışın ümumi müddəti doqquz dəqiqə təşkil edib.

Bundan əlavə, oktyabrın 14-nə keçən gecə Günəşin səthindən nəhəng plazma ejeksiyası baş verib. Alimlər bildirirlər ki, bu, 2025-ci il ərzində qeydə alınan ən güclü plazma atılmasıdır.

Mütəxəssislərin qiymətləndirməsinə görə, əgər bu hadisə bir gün sonra baş versəydi, onun Yer kürəsinə ciddi təsiri ola bilərdi. Onlar bildirirlər ki, ejeksiya bir neçə gün gecikmiş olsaydı, təhlükəli geomaqnit fırtınasına səbəb ola bilərdi.

Hazırda alimlər günəş aktivliyinin artmaqda olduğunu və belə partlayışların gələcəkdə də müşahidə oluna biləcəyini istisna etmirlər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Günəş partlayış

Digər Xəbərlər