Tramp: Ukrayna məsələsi düşündüyümdən də mürəkkəb oldu
ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin tezliklə həllinə ümid etdiyini bildirib.
Ajans.az xəbər verir ki,o, bu barədə İsrail parlamenti – Knessetdə çıxışı zamanı danışıb.
“Mən tüğyan edən bu dəhşətli müharibəni nəzarətə götürdüm və düşündüm ki, hər şey asanlıqla həll olunacaq. Düşündüm ki, bu, İsrail və bir çox başqa ölkələrlə çox uğurla etdiyimiz şeyi etməkdən daha asan olacaq”, – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, vəziyyətin gözlədiyindən daha mürəkkəb olduğu ortaya çıxıb. Bununla belə, Tramp diplomatik səylərin davam edəcəyini və sülhə doğru addımların atılacağını vurğulayıb.
Mövzular: