Reklam resmi
Reklam resmi

Gürcüstan DTX "İslam Dövləti" yaratmaq planını zərərsizləşdirib

Gürcüstan DTX \"İslam Dövləti\" yaratmaq planını zərərsizləşdirib
Dünya

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə "İslam Dövləti" terror təşkilatının tərəfdarları olmaqda şübhəli bilinən üç şəxsi saxlayıb.

Ajans.az xəbər verir ki,bu barədə TASS agentliyi DTX rəhbərinin müavini Laşa Maqradzeyə istinadən xəbər yayıb.

Maqradze bildirib ki, saxlanılan şəxslər İŞİD-in üzvlərini qanunsuz yolla Gürcüstana gətirərək onların rəhbərliyi altında ölkənin sahil zolağında “beachhead” — yəni möhkəmlənmə nöqtəsi yaratmağı planlaşdırırdılar. Təhlükəsizlik xidmətinin qiymətləndirməsinə görə, təklif olunan sahil məntəqəsi Gürcüstanı terror əməliyyatları üçün tranzit zonaya çevirməyi nəzərdə tuturdu.

Rəsmi açıqlamada əlavə edilib ki, əməliyyat nəticəsində şübhəlilər saxlanılaraq istintaqa təhvil verilib və hadisə ilə bağlı araşdırmalar davam edir. Qanun pozuntularının mahiyyəti, saxlanılanların kimliyi və onların xarici əlaqələrinin təfərrüatları barədə əlavə məlumatlar məhkəmə və istintaq prosesləri bitdikdən sonra açıqlanacaq.

DTX-in bu əməliyyatı regionda təhlükəsizliyin təmin olunması və ekstremist fəaliyyətin qarşısının alınması məqsədilə həyata keçirildiyi vurğulanır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan "İslam Dövləti"

Digər Xəbərlər