Lavrov: Əsədin zəhərlənməsi ilə bağlı yayılan iddialar əsassızdır
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin zəhərlənməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ajans.az xəbər verir ki,nazir bu cür xəbərləri qətiyyətlə təkzib edib.
"Heç bir zəhərlənmə baş verməyib. Əgər belə şayiələr yayılırsa, bu, həmin informasiyaları yayanların vicdanına buraxılır", – deyə Lavrov RIA Novosti-yə açıqlamasında bildirib.
Nazir əlavə edib ki, Əsədin və ailəsinin Rusiyada qalması tamamilə humanitar xarakter daşıyır və bunun arxasında başqa motivlər yoxdur.
Bundan əvvəl mediada Bəşər Əsədin Moskva xəstəxanalarından birindən evə buraxıldığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, onun kiçik qardaşı Maher Əsədə xəstəxanaya baş çəkməyə icazə verilməyib, lakin Prezident İşləri üzrə keçmiş Baş Katib Mənsur Əzzam onunla görüşə bilib.
Mövzular: