Netanyahu Qəzzada girovların ikinci qrupunun azad edildiyini təsdiqlədi
İsrailin Baş Naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında saxlanılan girovlardan ikinci qrupun azad edildiyini təsdiqləyib. Azad olunan şəxslər arasında Donbasdan olan Maksim Xarkin də yer alır.
Ajans.az xəbər verir ki,baş nazirin ofisi tərəfindən yayımlanan rəsmi bəyanatda deyilir:
“İsrail hökuməti girovlarımızın vətənlərinə qayıtmasını alqışlayır. Onların ailələri səlahiyyətli orqanlar tərəfindən məlumatlandırılıb. Girovlar hazırda Qəzza zolağında İsrail qüvvələri ilə birləşiblər və yaxın saatlarda ölkəyə gətiriləcəklər.”
Rəsmi məlumatda azad edilən şəxslərin adları da açıqlanıb. Qeyd olunub ki, bu siyahıya Donbasdan olan Maksim Xarkin də daxildir.
Xatırladaq ki, girovların azad edilməsi beynəlxalq vasitəçilik səyləri nəticəsində mümkün olub və tərəflər arasında müvəqqəti atəşkəs rejimi ilə əlaqələndirilir.
Mövzular: