Makron prezidentlikdən istefa çağırışlarına cavab verdi
Fransa prezidenti Emmanuel Makron vəzifəsindən istefa verməkdən imtina edib və ölkənin sabitliyini təmin etmək üçün prezident səlahiyyətlərini icra etməyə davam edəcəyini bəyan edib.
Ajans.az xəbər verir ki,onun sözlərini Reuters agentliyi sitat gətirib.
“Heç vaxt unutmayın ki, fransız xalqının bizə verdiyi mandat — xidmət etmək, xidmət etmək, xidmət etmək, sadə fransızların suallarını cavablandırmaq və Fransanın müstəqilliyi üçün mümkün olan hər şeyi etməkdir. (...) Mən sabitliyi təmin etməyə davam edəcəyəm”, – deyə Makron vurğulayıb.
Dövlət başçısı hazırkı siyasi böhranı müxalifət qüvvələri ilə, daha dəqiq desək, Fransua Bayru hökumətinə etimadsızlıq səsverməsinə dəstək verən və Sebastyan Lekornunun rəhbərliyi ilə yeni kabinetin formalaşmasına mane olan partiyalarla əlaqələndirib.
Makronun bu bəyanatı ölkədə siyasi gərginliyin artdığı bir dövrdə səslənib. Hazırda Fransa rəhbərliyi həm daxili siyasi təzyiqlərlə, həm də sosial narazılıqlarla üz-üzədir.