Reklam resmi
Reklam resmi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təliminin \"Yüksək Səviyyəli Müşahidəçi Günü\"ndə
Gündəm

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edir.

Ajans.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib. 

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

Mövzular:
Azərbaycan Türkiyə “Atəş Sərbəst-2025” "Yüksək Səviyyəli Müşahidəçi Günü"

Digər Xəbərlər