Reklam resmi
Reklam resmi

Katerlə gəmi TOQQUŞDU: Ölənlər var - Bu ölkədə

Katerlə gəmi TOQQUŞDU: Ölənlər var - Bu ölkədə
Dünya

İrkutsk vilayətində sürətli “FR25” kateri ilə “Yaroslavets” gəmisinin toqquşması nəticəsində üç nəfər boğularaq həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi özünün Telegram kanalında yayıb.

İlkin məlumata görə, katerin göyərtəsində beş nəfər olub. Toqquşma nəticəsində bir nəfər xəsarət alıb, üç nəfər həlak olub, daha bir nəfərin axtarışları davam etdirilir. İkinci gəmidə olan doqquz nəfərin heç biri xəsarət almayıb.

Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Şərqi Aralıq Regional İstintaq İdarəsinin verdiyi məlumata əsasən, baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Hadisənin Baykal gölündə, Listvyanka qəsəbəsi yaxınlığında baş verdiyi bildirilir.

Bundan əvvəl Volqoqrad vilayətindəki özəl evlərdən birində qumbara partlaması nəticəsində dörd nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi, iki nəfərin isə həyatını itirdiyi məlum olmuşdu.

Mövzular:
İrkutsk vilayəti “FR25” kateri “Yaroslavets” gəmisi Rusiya FHN

Digər Xəbərlər