G7 ölkələri Ukraynanın enerji sisteminə dəstək üçün təcili iclas keçirib
G7 ölkələrinin səfirləri Ukraynanın energetika naziri Svitlana Qrinçuk və enerji sektorunun nümayəndələri ilə fövqəladə iclas keçiriblər. Toplantıda Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna artan hücumları fonunda dəstək tədbirləri müzakirə olunub.
Ajans.az xəbər verir ki,bu barədə G7 Səfirlər Qrupunun Ukraynadakı 10-cu sədrliyinin sosial media hesabında məlumat verilib.
İclasda “Naftoqaz Ukrainy”, “Ukrenerqo” və “Enerqoatom” şirkətlərinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı iştirakçılar Rusiyanın son hücumlarının nəticələrini, Ukraynanın enerji sisteminin vəziyyətini və qarşıdakı hücumlara qarşı mübarizə yollarını müzakirə ediblər.
Qeyd olunub ki, tərəflər Ukraynanın enerji sektoruna təcili dəstək, eləcə də mülki infrastrukturun qorunması üçün koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıblar.
Mövzular: