İspaniya Trampın NATO-dan çıxarılması çağırışına reaksiya bildirib
İspaniya hökuməti ABŞ-ın sabiq prezidenti Donald Trampın ölkəni NATO-dan çıxarmaqla bağlı çağırışına soyuqqanlı yanaşıb.
Ajans.az Europa Press agentliyinə istinadən xəbər verir ki,Madrid "son dərəcə sakitliyini" qoruyur.
Adının açıqlanmasını istəməyən yüksək vəzifəli hökumət rəsmisi bildirib ki, İspaniya NATO-nun tamhüquqlu üzvü olaraq təşkilatın prinsiplərinə sadiqdir və alyans çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.
“İspaniya NATO-nun üzvüdür və onun əsas prinsiplərinə sadiqliyini qoruyur,” – deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Donald Tramp NATO-nun bəzi üzv ölkələrini müdafiə xərclərini artırmamaqda tənqid edərək, ABŞ-ın alyansdan çıxması ehtimalını gündəmə gətirmişdi.
Mövzular: