Makron Fransada yeni baş nazirin təyinatı ilə bağlı görüş keçirəcək
Fransa prezidenti Emmanuel Makron yeni baş nazirin təyinatı ərəfəsində əsas siyasi partiyaların rəhbərlərini Yelisey sarayında keçiriləcək görüşə dəvət edib.
Ajans.az xəbər verir ki,bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, görüş oktyabrın 10-da yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 16:30) baş tutacaq. Görüşə yalnız iki siyasi qüvvə – Milli Mitinq və Fransanın Tabe Olmayanlar Partiyası dəvət olunmayıb.
Qeyd edək ki, oktyabrın 6-da Fransanın baş naziri Sebastyen Lekornu yeni hökumətin formalaşdırılmasının ertəsi günü müxalifətin kəskin tənqidləri fonunda prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib.
Yeni baş nazirin adı yaxın günlərdə açıqlanacağı gözlənilir.
Mövzular: