Reklam resmi
Reklam resmi

ABŞ Çinə Rusiya üzərindən uçuşları qadağan edə bilər

ABŞ Çinə Rusiya üzərindən uçuşları qadağan edə bilər
Dünya

ABŞ Nəqliyyat Departamenti Çin aviaşirkətlərinə ABŞ-a və ya ABŞ-dan həyata keçirdikləri reyslər zamanı Rusiya hava məkanından istifadə etməyi qadağan etməyi təklif edir.

Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi oktyabrın 9-da hazırlanan icra sərəncamı layihəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Çin hava yolları hazırda ABŞ və Rusiya hava məkanından istifadə edərək uçuşlarını davam etdirə bilir. ABŞ aviaşirkətləri isə 2022-ci ildən etibarən Rusiya üzərindən uçuşları dayandırmalı olublar. Bu vəziyyət ABŞ aviadaşıyıcıları tərəfindən uzun müddətdir ki, tənqid olunur.

Reuters yazır ki, ABŞ Nəqliyyat Departamentinin hazırladığı sənəddə bu vəziyyətin “əhəmiyyətli rəqabət üstünlüyü” yaratdığı qeyd edilir və balanssızlığın aradan qaldırılması üçün yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Agentliyin məlumatına əsasən, sözügedən təşəbbüs sabiq prezident Donald Trampın administrasiyası tərəfindən oktyabrın 9-da irəli sürülüb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Çin Rusiya

Digər Xəbərlər